dövrü proses

ру обратимый процесс en reversible process de reversibler Prozeß fr transformation réversible es transformación reversible it trasformazione reversibile
dövrü kimyəvi reaksiya
drenaj
OBASTAN VİKİ
Proses
Proses (lat. processus) — obyektin zaman çərçivəsində vəziyyətin kəmiyyət və keyfiyəət baxımından tədricən dəyişməsi; bir birinə bağlı olan hərəkətlərin cəmi, hansısa bir işin gedişi. Termodinamik proses Təsadüfi proses Relyefəmələgəlmə prosesi İnformatikada proses abstrakt anlayışdır. Kliyent prosesi Server prosesi Sinxron proses Asinxron proses Фоновый процесс Məhkəmə prosesi — hüquqi termin, prosessual qanunvericiliyə uyğun olaraq məhkəmədə məhkəmə işinin baxılması.
Abrazion proses
Abraziya (geomorfologiya)
Adiabat proses
Adiabatik proses (yun. adiabatos — bağlı) — havanın vəziyyətinin (həcmi, təzyiqi, sıxlığı və temperaturunun) kənardan istilik gəlmədən dəyişilməsi. Adiabat proses — elə termodinamik prosesə deyilir ki, burada sistem nə istilik miqdarı alır, nə də istilik miqdarı verir. Hava yuxarı qalxdıqda onun kütləsi genişlənir və nəticədə kənara getmədən onun temperaturu hər 100m-də 1o düşür. Hava aşağı endikdə isə onun kütləsi sıxlaşır və kənardan ona istilik daxil olmadan temperaturu yenə hər 100 m-də 1o-yə qədər qalxır.
Adiabatik proses
Adiabatik proses (yun. adiabatos — bağlı) — havanın vəziyyətinin (həcmi, təzyiqi, sıxlığı və temperaturunun) kənardan istilik gəlmədən dəyişilməsi. Adiabat proses — elə termodinamik prosesə deyilir ki, burada sistem nə istilik miqdarı alır, nə də istilik miqdarı verir. Hava yuxarı qalxdıqda onun kütləsi genişlənir və nəticədə kənara getmədən onun temperaturu hər 100m-də 1o düşür. Hava aşağı endikdə isə onun kütləsi sıxlaşır və kənardan ona istilik daxil olmadan temperaturu yenə hər 100 m-də 1o-yə qədər qalxır.
Coğrafi proses
Coğrafi proses təbii və ya təbii-antropogen səbəblərin təsiri altında ərazinin landşaft xassələrinin tədricən, lakin bəzən kəskin dəyişməsi. Dəyişkənlik fiziki-coğrafi ola bilər və ya iqtisadi və sosial coğrafi hadisələrə toxuna bilər. Coğrafi proses təsərrüfat və cəmiyyətin həyatı üçün pozitiv və neqativ ola bilər. Ora həmişə bir sıra geosistemlərdə, iyerarxiyanın aşağı səviyyələrində baş verən dəyişikliklər daxil olur, böyük ərazilərdə inkişaf etdikdə isə bütün təbii sistemlərə təsir göstərə bilər. Coğrafi prosesin gedişində həm dağıdıcı dəyişikliklər, həm də bərpaedici suksessiyalar baş verir, belə ki, Coğrafi proses bir-birinə zidd olan qarşılıqlı təsir transformasiyası, özününizamlayıcı və özünübərpaedici təbii sistemlər kimi təzahür olunur.
Denudasion proses
Denudasiya (lat. Denudatio - "çılpaqlaşma") — Yer səthində süxurların su, külək, buz və s. ilə dağılması, yüksək sahələrdən alçaq sahələrə aparılması proseslərinin məcmusu. Yer səthi relyefinin dəyişilməsində və yeni relyef formalarının əmələ gəlməsində denudasiyanın rolu böyükdür. O, süxurları parçalayıb dağıdaraq relyefi alçaldır, hamarlayır, dağlıq sahələri denudasion düzənliklərə (peneplenlərə) çevirir. Denudasiya prosesinə aşınma, eroziya, abraziya, korroziya, deflyasiya kimi proseslər daxildir. Denudasion proses aşınma məhsullarının daşınmasıdır. Prosesin başlıca hərəkətverici qüvvəsi ağırlıq qüvvəsidir. Bu qüvvə birbaşa və yaxud müxtəlif mütəhərrik mühitlərin vasitəsilə yaranır. Denudasion proses dar mənada müəyyən bir səthin yuyulması və qravitasion hərəkətlər vasitəsilə aşınma materiallarının daşınması kimi başa düşülür.
Kriogen proses
Kriogen proses - torpağın mənfi dərəcəyə qədər soyuması, donması və donunun açılması vaxtı baş verən fiziki, fiziki-kimyəvi və bioloji proseslərin məcmusu. Torpağın çat verməsi Torpaq donarkən torpaq kütləsinin qarışması və torpaq nəmliyinin miqrasiyası Çınqıl və daş qırıntılarının torpaq kütləsindən çıxarılıb onun səthində paylanması və strukturu-oliqonal törəmələrin çoxkünclü daşlar, tor və s.-nin formalaşması Şaxta - don qabarmaları və s.
Politrop proses
Politrop proses - xüsusi istilik miqdarı dəyişməz qalan termodinamik prosesə deyilir.
İnzibati proses
İnzibati proses — dövlət idarəetməsi sahəsində konkret inzibati işlərin həlli üzrə dövlət orqanlarının fəaliyyəti. İnzibati proses normalarına görə, məsələn, vətəndaşların şikayət və ərizələrinə baxılır, intizam tənbehi tətbiq edilir. Bu, səlahiyyətli icra hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin, habelə hakimlərin inzibati prosessual hüquq normaları ilə tənzimlənən inzibati işlərin başlanması, baxılması və həlli üzrə fəaliyyəti.
İzobar proses
İzobar proses (yun. "baros" – ağırlıq, çəki) – makroskopik sistemin halının sabit təzyiqdə dəyişməsi prosesi (p = const). Qazı qızdırdıqda onun hərəkət edən porşenli silindrdə genişlənməsini izobar proses hesab etmək olar. İzobar prosesi aşağıdakı nisbətlərə bərabərdir: Sistemə ötürülən istilik enerjisi iş görülməsinə və sistemin daxili enerjisinin (U) dəyişməsinə sərf olunur. Termodinamikanın birinci qanununa əsasən Q = Δ U + W {\displaystyle Q=\Delta U+W\,} burada W qaz tərəfindən görülən iş, U qazın daxili enerji və Q verilən istilik enerjisidir. Qapalı sistemdə təzyiq-həcm işi aşağıdakı kimi müəyyən edilir: W = ∫ p d V {\displaystyle W=\int \!p\,dV} burada Δ bütün proses üzrə dəyişiklik deməkdir, d isə diferensialı bildirir. Təzyiq sabit olduğundan, bu o deməkdir ki W = p Δ V {\displaystyle W=p\Delta V} İdeal qaz qanununu tətbiq etməklə, alırıq ki W = n R Δ T {\displaystyle W=n\,R\,\Delta T} R qaz sabitini, n isə sabit qaldığını qəbul etdiyimiz maddənin miqdarını ifadə edir (məsələn, kimyəvi reaksiya zamanı faza keçidi yoxdur).Daxili enerjinin dəyişməsi sistemin temperaturundan asılıdır. Δ U = n c V , m Δ T {\displaystyle \Delta U=n\,c_{V,m}\,\Delta T} burada cV,m sabit həcmdə molar istilik tutumudur. Son iki tənliyi birinci tənliylə əvəz etməklə izobar qazlar üçün verilən istiliyin təsiri altında qazın temperatur dəyişməsini təyin edə bilərik. Q = n c V , m Δ T + n R Δ T Q = n Δ T ( c V , m + R ) Q = n Δ T c P , m {\displaystyle {\begin{aligned}Q&=n\,c_{V,m}\,\Delta T+n\,R\,\Delta T\\Q&=n\Delta T(c_{V,m}+R)\\Q&=n\Delta Tc_{P,m}\end{aligned}}} burada cP sabit təzyiqdə molar istilik tutumudur.
İzotermik proses
İzotermik proses (yun. ἴσος -bərabər və θέρμη - isti) — sabit temperaturda sistemin halının dəyişməsi. Bu prosesdə temperatur sabit qalır: ΔT = 0. Havanın tədricən sıxılma prosesini və ya qabdan qazı sorub çıxaranda nasosun porşeni altında qazın genişlənməsini təxmini olaraq izotermik proses hesab etmək olar. İzotermik prosesi həyata keçirmək üçün adətən, sistemə termostat tətbiq edilir. Bu zaman prosesin dövrədəən keçirilməsi daha da tezləşir. Sistemin temperaturu isə termostatın temperaturundan fərqlənmir. İzotermik proses elə prosesdir ki, qazın çəkisi, molyar qaz və temperatur є -konstant sayılırlar. İzotermik proses və Boyl-Mariott qanunu arasında sxematik əlaqə vardır. İzotermik proses Boyl-Mariott qanununun hesabına izah edilir.
İzoxor proses
İzoxor proses (yun. "chora" – tutum) – makroskopik sistemin halının sabit həcmdə dəyişməsi prosesi (V = const). İstənilən həcmdə və ya elektrik lampasında olan qazı qızdırdıqda onun təzyiqinin artması izoxor prosesdir.
Ədəbi proses
Ədəbi proses — ədəbiyyatın istər bir dövrdə, istərsə də, xalqın, ölkənin cəmiyyətin tarixi boyunca mövcudluğu, yaşarlığı və təkamülü. Hər bir tarixi dövrdə ədəbi proses sosial, ideoloji və estetik baxımdan müxtəlif səpkili və səviyyəli bütün ədəbi-bədii nümunələri (nəsr, şeir, dramaturgiya, ədəbi tənqid və ədəbiyyatşünaslıq) ehtiva edir. Bir çox hallarda, bədii əsərlər, müxtəlif səbəblər üzündən, yarandıqları vaxtdan, yaxud ilk nəşrindən xeyli sonra ədəbi proses nəticəsinə çevrilir (məs., Mirzə Fətəli Axundzadənin “Kəmalüddövlə məktubları” ilk dəfə 1924-cü ildə, Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” povesti isə 1936-cı ildə çap edilmişdir). Bədii ədəbiyyatın və incəsənətin növləri, həmçinin ideoloji və linqvistik hadisələrlə qarşılıqlı əlaqə və təsiri ədəbi prosesin mühüm cəhətlərindəndir. Dövrün ədəbi “özünüdərk”i (ədəbi yaradıcılıq proqram və manifestləri), həmçinin müxtəlif estetik cərəyanlar (məsələn, XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatında “mollanəsrəddinçilər”lə “füyuzatçılar”) arasında mübarizə, qarşılıqlı beynəlmiləl ədəbi əlaqələr ədəbi prosesin ayrılmaz tərkib hissələrindəndir. “Ədəbi proses” termini XX əsrin 20-30-cu illərində meydana gəlmiş, 60-cı illərdən geniş işlənməyə başlamışdır. Ədəbi prosesin küll halında, bütün bədii, ideya-estetik təzahürləri ilə dərindən təhlil edilib öyrənilməsi, ümumiləşdirilməsi ədəbiyyatın inkişaf meyillərini, perspektivlərini aydınlaşdırmaq baxımından müstəsna əhəmiyyətə malikdir. Azərbaycanda ədəbi prosesin sistemli şəkildə intensiv öyrənilməsinə 60-70-ci illərdən başlanılmışdır. Müasir Azərbaycan ədəbi prosesinin xüsusiyyətləri sırasına mənəvi-əxlaqi problematikaya marağın güclənməsi, insan konsepsiyasının inkişafı, tarixiliyin qüvvətlənməsi, janr-üslub sayəsində yeni axtarışlar və s. daxildir.
Yuxu (proses)
Yuxu — beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji proses. Bu proses məməlilərə, quşlara, balıqlara və bəzi başqa heyvanlara, həmçinin bəzi həşəratlara (məsələn, drozofillərə) məxsus prosesdir. Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar. Məcburi yuxu canlıların bütün cismi və zehni fəaliyyətlərini dayandırır. Yuxuda anabolizm proseslərinin səviyyəsi artır, katabolizm isə enir. Normal yuxu dövri təxminən hər 24 saatdan bir olur. Bu dövr sirkad ritmi adlandırılır. Bioloji ritmin sirkad forması bir növ işıq və temperatur təsirləri ilə ontogenez dövrdə orqanizmin qazandığı, "bioloji saatlar" vasitəsi ilə həyata keçirilir. Bu haqda alimlərin bir çox fikirləri vardır. Bəziləri hesab edirlər ki, yuxu zamanı beyindəki qanın bir çox hissəsi bədənin müxtəlif yerlərinə axır.
Yuxu (fizioloji proses)
Yuxu — beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji proses. Bu proses məməlilərə, quşlara, balıqlara və bəzi başqa heyvanlara, həmçinin bəzi həşəratlara (məsələn, drozofillərə) məxsus prosesdir. Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar. Məcburi yuxu canlıların bütün cismi və zehni fəaliyyətlərini dayandırır. Yuxuda anabolizm proseslərinin səviyyəsi artır, katabolizm isə enir. Normal yuxu dövri təxminən hər 24 saatdan bir olur. Bu dövr sirkad ritmi adlandırılır. Bioloji ritmin sirkad forması bir növ işıq və temperatur təsirləri ilə ontogenez dövrdə orqanizmin qazandığı, "bioloji saatlar" vasitəsi ilə həyata keçirilir. Bu haqda alimlərin bir çox fikirləri vardır. Bəziləri hesab edirlər ki, yuxu zamanı beyindəki qanın bir çox hissəsi bədənin müxtəlif yerlərinə axır.
Yuxu (fizoloji proses)
Yuxu — beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji proses. Bu proses məməlilərə, quşlara, balıqlara və bəzi başqa heyvanlara, həmçinin bəzi həşəratlara (məsələn, drozofillərə) məxsus prosesdir. Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar. Məcburi yuxu canlıların bütün cismi və zehni fəaliyyətlərini dayandırır. Yuxuda anabolizm proseslərinin səviyyəsi artır, katabolizm isə enir. Normal yuxu dövri təxminən hər 24 saatdan bir olur. Bu dövr sirkad ritmi adlandırılır. Bioloji ritmin sirkad forması bir növ işıq və temperatur təsirləri ilə ontogenez dövrdə orqanizmin qazandığı, "bioloji saatlar" vasitəsi ilə həyata keçirilir. Bu haqda alimlərin bir çox fikirləri vardır. Bəziləri hesab edirlər ki, yuxu zamanı beyindəki qanın bir çox hissəsi bədənin müxtəlif yerlərinə axır.
Daş dövrü
Daş dövrü — insanların mədəni-tarixi inkişafında böyük rol oynamış dövr. Bu dövrdə əsasən əmək aləti və silah kimi daşdan istifadə olunmuşdur. Daş dövrü üç hissəyə ayrılır: Paleolit dövrü, Mezolit dövrü, Neolit dövrü. Paleolit dövrü özü də üç hissəyə ayrılır: Alt Paleolit, Orta Paleolit, Üst Paleolit. Paleolit dövrü öz növbəsində üç dövrə bölünür: Alt Paleolit, Orta Paleolit, Üst Paleolit. Alt Paleolit: 1,5 milyon il bundan əvvəldən 100 min il əvvələ qədər davam etmişdir. Bu dövrdə ibtidai birlik forması Ulu icma və ya İbtidai sürü mövcud olmuşdur. 700 min il bundan əvvəl ibtidai insanlar odla tanış olmuşlar. Arxeoloji qazıntılar nəticəsində insanların toteizmə inandığı aşkar edilmişdir. Onlar müxtəlif heyvanlara sitayiş etmişlər.Alt paleolit əsasən Azıx mağarası (Füzuli r.) əsasında öyrənilmişdir.
Devon dövrü
Devon dövrü - paleozoy erasının başlanğıcından etibarən dördüncü geoloji dövr. Davametmə müddəti ~50 mln. ildir. Əvvəlində kaledon qırışıqlığı nəticəsində yer qabığının geniş sahələrində qalxmalar baş vermiş və onlarda qədim qırmızı qumdaşı formasiyasının böyük qalınlıqlı qırmızı-rəngli laqun-kontinental çöküntüləri toplanmışdır. Orta və gec devonda isə platforma və geosinklinallarda çökəlmə və geniş dəniz transqressiyaları qeyd olunur, bütün dövr ərzində aktiv maqmatik (xüsülə effuziv) fəaliyyət baş vermiş və bəzi regionlarda isə halogen çöküntülər toplanmışdır. Dəniz hövzələrində tünd qırmızı yosunlar, habelə stromatoporatlar və mərcanlar (tabulatideyalar və dördşüalı mərcanlar) rif qurumları əmələ gətirmişdir. Devon dövrü braxiopodların inkişafı geniş vüsət almışdır. Bundan əlavə, qoniatitlər, klimeniyalar, mərcanlar, ostrakodlar, konodontlar, molluskalar, foraminiferlər, nəhəng xərçəngəbənzərlər, balıqların bütün sinifləri də geniş yayılmışlar. Gec devonda suda-quruda yaşayanlar meydana gəlmişdir. Bitkilərdən psilofitlər inkişaf etmişdir.
Durğunluq dövrü
Durğunluq dövrü (rus. Период застоя) — SSRİ tarixində L.İ.Brejnevin hakimiyyətə gəlməsindən (1964) Sov.İKP-in XVII qurultayına (fevral 1986), daha dəqiq — 1987-ci ilin yanvar plenumuna qədər olan dövrü əhatə edən, ondan sonra cəmiyyətin bütün sferalarında keçirilən irimiqyaslı islahatlarla nəticələnən siyasi ifadə. Müharibə mövzusunda yazan yazıçılar arasında ən məşhuru əvvəlki kimi Konstantin Simonov qalır, o "Dirilər və ölülər" trilogiyasını yazmaqda davam edir. Romanın ikinci və üçüncü hissələri – "Heç kim əsgər doğulmur" (1964) və "Son yay" (1970) işıq üzü görür. Müharibə haqqında ədəbiyyatda Y.V.Bondarevin ("Hərarətli qar" 1969), B.L.Vasilyevin ("Burada üfüqlər sakitdir" 1969) böyük əməyi olmuşdur. Lakin heç də yazıçıların hamısı əsərlərini maneəsiz şəkildə nəşr etdirmək imkanına malik deyildi. "durğunluq" dövründə yazılmış əsərlərin əksəriyyəti yalnız "Yenidənqurma" illərində işıq üzü gördü. Durğunluq illərində sovet mətbuatı artıq Aleksandr Soljenitsının əsərlərini çap etmişdi. Onun əsərləri xaricdə çap edilir. Bu, sovet rəhbərliyini olduqca əsəbiləşdirirdi.
Dövrü alqoritm
Dövrü alqoritm - hesablama prosesində tez-tez eyni əməliyyatlar qrupunun çoxlu sayda təkrar olunması lazım gəlir. Bu halda dövr alqoritmindən istifadə olunur. Dövrlər sadə və mürəkkəb olur. Sadə dövrlü alqoritmin bir dövrü olur. Əgər hər hansı bir alqoritmdə bir neçə daxili dövr iştirak edirsə, onda belə dövrlərə mürəkkəb dövr deyilir.DÖVRİ ALQORİTİM BLOK SİXEM ŞƏKLİNDƏDƏ OLA BİLƏR. AMEA İnformasiya Texnologiyaları İnstitutu, "", tex.f.d.
Dəmir dövrü
(İlk) Dəmir dövrü — e.ə XI–VIII əsrləri əhatə edir. Tunca nisbətən daha möhkəm, keyfiyyətli dəmirin kəşfi, ondan hazırlanan əmək alətləri və silahlar yeni yüksəlişə səbəb oldu. At və dəvədən minik vasitəsi kimi istifadəyə başlanmışdır. Süni suvarmanın yaranması ilə bağçılıq və bostançılıq inkişaf etmişdir. Son Tunc və Erkən Dəmir dövründə Azərbaycanda müdafiə tikililəri, siklopik qalalar inşa edilmişdir. E.ə. 7-ci əsrdən etibarən dəmirdən geniş istifadə edilməyə başlanmışdır.Bu dövrdə yazı meydana gəldi.Yazını papirus,gil lövhələr,daş,dəri və başqa materiallar üzərində yazırdılar. E.ə.II minilliyin I yarısını əhatə edir.Bu dövrdə 3-cü ictimai əmək bölgüsü yaranmışdır.Bu əmək bölgüsündə sənətkarlıqla əkinçilik birləşir. Qədim Yaxın Şərqdə dəmir dövrünün eramızdan əvvəl 2-ci minilliyin sonlarında (e.ə. 1300-cü il) Anadoluda və ya Qafqaz və Balkanlarda dəmir əritmə və dəmirçilik texnikasının kəşfi ilə başladığı güman edilir.
Edo dövrü
Edo dövrü (江戸時代, Edo jidai) və ya Tokuqava dövrü (徳川時代, Tokuqava jidai) — Yaponiya tarixində 1603-1868-ci illəri əhatə edən dövr. Yapon cəmiyyətinin Tokuqava şoqunatınin və 300 regional daymyonun hakimiyyəti altında olması ilə səciyyələnir. Bu dövr iqtisadi inkişaf, ciddi sosial qaydalar, xarici siyasətdə özünütəcrid, sabit əhali, incəsənət və mədəniyyətə qarşı isti münasibət, materialların təkrar istehsalı və davamlı meşə idarəetməsi ilə xarakterizə olunur. Bu, məhdud ehtiyatların tam istifadəsinə əsaslanan davamlı və özü-özünü təmin edən cəmiyyət idi. Şoqunat, rəsmi olaraq, 24 mart 1603-cü ildə Edoda Tokuqava İeyasu tərəfindən yaradılmışdır. Bu dövr 3 may 1868-ci ildə Meydzi islahatının başlaması və Edonun ələ keçirilməsi ilə sona çatdı. 1600: Sekiqahara döyüşü. Tokuqava İeyasu daymyoların ordularını məğlub edərək Yaponiyanın böyük hissəsi üzərində hakimiyyətini qurur. 1603: İmperator Tokuqava İeyasunu şoqun təyin edir və o öz hökumətini Edoya (indiki Tokio) köçürərək Tokuqava şoqunlar sülaləsinin əsasını qoyur. 1605: Tokuqava İeyasu şoqunluqdan gedir və yerini oğlu Tokuqava Hidetadaya verir.
Fırlanma dövrü
Fırlanma periodu — Planetlərin, peyklərin və digər səma cisimlərinin hər hansı bir nöqtəsinin həmin cismin mərkəzi oxlarının ətrafında dönməsi nəticəsində ərtaf-mühitə nəzərən yenidən eyni yerdə olmasına qədər sərf olunan zaman müddəti. Yer kürəsinin fırlanma periodu 1 sideral gün, yəni 23 saat 56 dəqiqə təşkil edir. Sideral dönmə — Ayın Yer ətrafında fırlanaraq müəyyən müddət sonra Yerin mərkəzində duran müşahidəçiyə nəzərən ikinci dəfə eyni nöqtəyə gəlməsi onun sideral dönməsi olub, 27.3 günə bərabərdir. Sinodal dönmə — Ayın fırlanaraq müəyyən müddət sonra Günəşlə Yer arasında yenidən eyni bucaqda olmasıdır, 29.5 gün təşkil edir.
Himiko dövrü
Himiko (yaponcaː 卑弥呼; bilinmir – 247, Yaponiya) — Yaponiyanın erkən dövlət qurumlarından birinin hakimi (173-250). Himiko barədə məlumat verən yeganə etibarlı yazılı mənbə Çin tarixi salnaməsi "3 şahlığın yazıları" əsərdir. Bu əsərin xüsusilə "Şərq varvarları haqqında bölməsi"ni qeyd etmək olar. Həmin əsər təxminən 297-ci ildə yazılmışdır. Bu əsərdə Yaponiya arxipelaqının sakinlərinin - "Va insanları"nın (倭人 — «karlik insanlar) sosial təşkili, həmçinin "Qadın hökmdar Himikonun hakimiyyəti dövrü təsvir olunur. O, çin mənbələrində Yamatay ölkəsinin şaman və Yaponiyanın asılı ölkələrinin hakimi kimi xatırlanır. Çin salnamələri qeyd edir ki, 239-cu ildə Himikonun Çin sülaləsi - Veyə (220-265) hədiyyələr göndərməsi barədə məlumat verilir. 243-cü ildə Himikonun ikinci dəfə hədiyyələrlə öz nümayəndəsini Loyana göndərməsi barədə məlumat verilir. Sonuncu dəfə isə 248-ci ildə Çinə Himiko tərəfindən hədiyyələr göndərilməsindən bəhs edilir. Eramızın əvvəllərində Yaponiya adaları ərazisində yaşayan kumaso (xayato) (Şikoku adasında və Kyüsyü adasının cənubunda), tenson (Kyüsyü adasının şimalında), icumo (Xonsyu adasında, Noto yarımadasının mərkəzində) və emişi (eco) (Xonsyu adasının şimal-şərqində) tayfalarını göstərmək olar.
Həyat dövrü
Həyat dövrü (İnsan) — insanın doğulandan ölənə qədərki yaşadığı dövr. uşaqlıq, yeniyetməlik, gənclik orta yaş dövrü və qocaliq mərhələrinə ayrılır. İnsanın dünyada ortalama ömrü 78-82 ildir. Uşaqlıq (0-11 yaş), yeniyetməlik (11-16 yaş), erkən gənclik (16-18 yaş). gənclik (18-21 yaş), orta yaş dövrü (35-65 yaş) bəzən 35, Qocaliq (65+) Ahıllıq dövrü isə 70 yaşdan sonrakı dövr sayılır. Yeniyetməlik dövrü: Yeniyetməlik dövründə psixoloji böhranı anlamaq üçün yeniyetməlik dövrünü və bu zamana qədər olan dövürlərin normal inkişafını bilmək vacibdir. İnsan hələ ana bətnində ikən bir çox xarici mühit təsirlərinə reaksiya verməkdədir. Beləki, ananın yaşadığı kədər zamanı doğulmamış körpənin hərəkətlərinin azalmasına, ananın yaşadığı sevinc anlarında isə hərəkətliyində artmanın olması ən bariz misallardan biridir.